PSJ ingiltərəli futbolçudan əl çəkmir
PSJ “Mançester Yunayted”dən cinah yarımmüdafiəçisi Ceydon Sançonu transfer etmək fikrindən əl çəkməyib.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, ingilis futbolçu ilə şəxsən baş məşqçi Luis Enrike və idman direktoru Luis Kampos maraqlanır. Onların hər ikisi komandada həm yaradıcılıq, həm də effektivlik təmin edəcək cinah oyunçusu istəyir.
Desir Doayinin “Renn”dən transferinə baxmayaraq, PSJ-nin qapıları Sanço üçün açıq qalır. “Mançester Yunayted”in 24 yaşlı yarımmüdafiəçini yalnız 50 milyon avroluq təzminat müqabilində buraxacağı bildirilirdi.
Sanço ötən mövsümün ikinci yarısını Dortmund “Borussiya”sında icarə əsasında keçirib və Çempionlar Liqasının finalına yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin