
Ukraynalı futbolçu PSJ-yə keçməyə razılıq verib
Ukrayna millisinin və “Bornmut”un müdafiəçisi İlya Zabarni hələ də PSJ-nin transfer hədəfi olaraq qalır.
Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.
Tərəflər arasında 22 yaşlı futbolçunun transferi ilə bağlı aktiv danışıqlar aparılır. “Bornmut” Zabarni ilə yollarını yalnız 70 milyon avro qarşılığında ayırmağa razıdır.
Transferə dair maraqlı məqamlardan biri də, ukraynalı oyunçunun özünün artıq PSJ-yə keçidə razılıq verməsidir.
Zabarninin “Bornmut”la hazırkı müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



