PSJ ilə “Real” anlaşdı – 13 milyon avro müqabilində

“Real”ın futbolçusu Keylor Navasın Madrid təmsilçisindən ayrılaraq, PSJ-yə transfer olunmağa yaxın olduğunu xəbər vermişdik.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi ilə “kral klubu” arasında razılıq əldə olunub. Parislilər 32 yaşlı qolkiper üçün “Real”a 13 milyon avro ödəyəcək. Kosta-rikalı qapıçının PSJ ilə 4 illik müqaviləyə imza atacağı gözlənilir.  

Navasın tezliklə PSJ ilə rəsmi müqavilə imzalayacağı bildirilir.

2014-cü ildən “Real”da çıxış edən Navasın klubla müqaviləsi 2020-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button