PSJ ilə heç-heçə edən baş məşqçi istefaya göndərildi
Fransanın “Reyms” klubu baş məşqçisi Oskar Qarsiyanı istefaya göndərib.
Komanda.az Liqa 1 klubunun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.
İspaniyalı məşqçi 2021-ci ilin iyunundan komandaya rəhbərlik edirdi.
“Reyms” Liqa 1-də 8 xalla 15-ci pillədə qərarlaşıb. Komanda oktyabrın 8-də, 10-cu turda evdə PSJ ilə qolsuz heç-heçə etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin