“Ayrılmağı mən istəmədim” – Silva
PSJ ilə avqustun sonuna qədər müqaviləsi olan Tiaqo Silva açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, PSJ-dən ayrılacağı açıqlanan braziliyalı futbolçu, bunları deyib:
“Ayrılmağı mən istəmədim, qərar onsuz da qəbul olunmuşdu. Bu qərara hörmət edirəm və sona qədər də edəcəm. Gələcəyimlə bağlı görüş keçirilməyəcək, onsuz da qərar verilib. İndi daha çox danışmaq üçün düzgün vaxt deyil”.
Silva 2012-ci ildən PSJ-də çıxış edir
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin