PSJ-nin Partey planı

İspaniyanın “Atletiko” klubunun yarımmüdafiəçisi Tomas Partey karyerasını Fransada davam etdirə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, PSJ 26 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Tomasın oyununu izləyən Paris klubunun nümayəndələri, onun çıxışından razı qalıb. Klubun cari mövsümün sonunda futbolçunu heyətinə qatmaq üçün cəhd edəcəyi bildirilir.

“Atletiko” ilə müqaviləsi 2023-cü ilin iyununadək nəzərdə tutulan Parteyin təzminat məbləği 50 milyon avro olaraq dəyərləndirilir. Madrid klubu Qana millisinin üzvü ilə yeni müqavilə imzalamaq, transfer məbləğini iki dəfə artırmaq niyyətindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button