“PSJ ilə oyun Çempionlar Liqası kampaniyamızda dönüş nöqtəsi olmalıdır” – Pioli
“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda PSJ ilə qarşıdakı oyun haqda fikirlərini bölüşüb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, oyunda yüksək nəticə göstərmək üçün komandada lazımı çalışmalar edildiyini söyləyib:
“Bu oyun Çempionlar Liqası kampaniyamızda dönüş nöqtəsi olmalıdır. Biz başqa matçlardakı nəticələrə etibar edə bilmərik. Rəqibimiz yüksək səviyyəli komandadır, amma mənim əla oyunçularım var və düzgün planımız var. Biz əvvəldən axıra kimi inanmalıyıq.
Parisdəki “dərs” bizə öyrətdi ki, diqqət səviyyəmiz həqiqətən yüksək olmalıdır. Rəqib hər an zərbə vura bilər. Bunun fərqində olmalı və qarşımıza çıxan hər şansdan istifadə etməliyik”.
Bizi Facebook-da izləyin