Rəsmi: “Yuventus” üçün İtaliyaya gəldi FOTO
PSJ ilə müqaviləsinin müddəti bitən Adrien Rabiotun yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, fransız yarımmüdafiəçi karyerasını “Yuventus”da davam etdirəcək. Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tibbi müayinədən keçmək üçün Torino şəhərinə gələn 24 yaşlı futbolçu gün ərzində “Yuventus”la 4 illik rəsmi müqavilə imzalayacaq. Rabiot “Yuventus”a azad agent kimi keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin