PSJ hücumçusunu İtaliyaya göndərir
PSJ hücumçusu Erik Çupo-Motinqi icarəyə verməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu İtaliyanın “Leççe” klubunun diqqət mərkəzinə düşüb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Leççe” Eriklə razılaşacağı təqdirdə, Paris təmsilçisi kamerunlu oyunçunu icarəyə verəcək.
2018-ci ilin yayında PSJ-yə keçən Erikin klubla 2020-ci ilin yayına qədər müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin