PSJ hücumu ingilis futbolçu ilə gücləndirmək istəyir

PSJ hücum xəttini “Mançester Yunayted”in hücumçusu Markus Reşfordla gücləndirmək istəyir.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, parislilər ingilis futbolçunu Kilian Mbappenin əvəzedicisi kimi nəzərdən keçirirlər. Reşfordun özü də “Mançester Yunayted”dəki uğursuz mövsümdən sonra yeni bir problemlə üzləşmək istəmur. O, Mbappe ilə yollarını ayırdıqdan sonra PSJ-nin hücum xəttinin yeni ulduzu ola bilər.

26 yaşlı futbolçu 2016-cı ildən “qırmızı şeytanlar”da çıxış edir. Tərəflər arasındakı müqavilə 2028-ci ilin iyun ayının sonunda başa çatır. Reşfordun transfer qiyməti 60 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button