PSJ üç mövqeyə futbolçu alacaq – Qışda

PSJ qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.

Klub rəhbərliyi artıq oktyabrda milli komandaların oyunları üçün yaranan fasilədə mümkün transferlərin siyahısını hazırlamağa başlayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, parislilər sağ cinahda çıxış edən solaxay vinger, həmçinin, bir yarımmüdafiəçi və müdafiəçi transfer etmək niyyətindədirlər.

Luis Enrikenin komandası ötən mövsümü bütün daxili turnirlərin və UEFA Çempionlar Liqasının qalibi kimi tamamlayıb. Komanda cari mövsümdə isə Liqa 1-də beş turun ardından 12 xal toplayıb və bu göstərici ilə “Monako”, “Lion”, “Strasburq”la eyni xala malikdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button