PSJ mərakeşli futbolçuya yeni müqavilə təklif edir
PSJ rəhbərliyi müdafiəçi Əşrəf Hakimini komandada saxlamaq istəyir.
Komanda.az xarici KİV-ə isdtinadən xəbər verir ki, Parsi klubu mərakeşli futbolçunun agenti ilə müqavilənin uzadılmasına görə danışıqlara başlayıb. Parislilər futbolçuya yeni müqavilə təklif edirlər.
Hakimi 2021-ci ilin yayından Fransa klubunun rənglərini qoruyur. Tərəflər arasındakı müqavilə 2026-cı ildə başa çatacaq.
25 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 11 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin