PSJ 100 milyon avro ödəməyə hazırdır – Gürcü üçün

PSJ “Napoli”nin vingeri Xviça Kvaratsxeliya üçün hərəkətə keçib.

Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, parislilər gürcü futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır.

23 yaşlı oyunçu 2022-ci ilin yayından “Napoli”də çıxış edir. O, bu mövsüm 44 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 80 milyon avro olaraq qiymətləndirir.

Kvaraxtseliyanın neapollularla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button