PSJ gözünü Bundesliqa klubunun müdafiəçisinə dikib

Fransanın PSJ klubu Almaniya Bundesliqasından mərkəz müdafiəçisinə göz dikib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, parislilər “Ayntraxt”ın (Frankfurt) futbolçusu Villian Paço ilə maraqlanır. PSJ-nin artıq danışıqlara başladığı və bu transfer pəncərəsi zamanı müqaviləni bağlamaq istədiklərini açıqladığı bildirilir.

22 yaşlı ekvadorlu futbolçu Luis Enrikenin komandasına qoşulmağa açıqdır.

“Transfermarkt” Paçonun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir, lakin “Ayntraxt” daha çox pul tələb edəcək.

PSJ ötən yay Frankfurt təmsilçisindən hücumçu Randal Kolo-Muanini 95 milyon avroya alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button