
PSJ futbolçusunu Almaniya klubuna satdı
PSJ müdafiəçisi El-Şaday Bitşiabunu Almaniyanın “Leyptsiq” klubuna satıb.
Komanda.az xəbər verir ki, gənc oyunçu müddəti 2028-ci ilə qədər olan müqaviləyə imza atıb.
O, yeni klubunda 5 nömrəli formanı geyinəcək. Fransa mətbuatında yayılan məlumatlara görə, bu keçid almanlara 15 milyon avroya başa gəlib.
Bitşiabu 2021-ci ildə PSJ ilə peşəkar müqavilə bağlamışdı. O, Paris klubunun əsas komandasında 19 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin