
PSJ futbolçusunu ərəblərə satır
PSJ-nin yarımmüdafiəçisi Corcinyo Veynaldum “Əl-İttifaq” klubuna keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu niderlandlı futbolçu üçün 9 milyon avro ödəyəcək.
32 yaşlı futbolçu ötən mövsüm icarə əsasında “Roma”da çıxış edib. O, romalıların heyətində 23 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin