“Barselona”nın yetirməsi La Liqaya qayıdır

PSJ futbolçusu Rafinya Alkantaranı icarəyə verməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə “Real Sosyedad” klubu maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, La Liqa təmsilçisinin Rafinya üçün PSJ ilə razılaşdığı və oyunçunu mövsümün sonuna qədər icarəyə götürəcəyi bildirilib.

Rafinya bu mövsüm PSJ ilə 5 oyuna çıxıb.

“Barselona”nın yetirməsi olan Rafinya, 2013-2020-ci illərdə bu klubda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button