PSJ-də yeni müqavilə – rəsmi
PSJ futbolçusu Marko Verrattinin müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, Paris təmsilçisi 26 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2012-ci ildən PSJ-də forma geyinən Verratti parislilərlə 290 rəsmi oyuna çıxıb. Bu matçlarda 9 qol vuran yarımmüdafiəçi 48 də məhsuldar ötürmə edib.
İtaliya millisinin də üzvü olan Verrattinin əvvəlki müqaviləsi 2021-ci ilin yayına qədər idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin