Mbappenin PSJ ilə yeni müqavilə imzalamaq üçün şərti
PSJ klubu futbolçusu Kilian Mbappe ilə yeni müqavilə imzalamaq istəyir.
Komanda.az xəbər verir ki, tərəflər arasında danışıqlar davam edir. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.
Mbappe Paris klubundan illik 35 milyon avro məvacib istəyir. 22 yaşlı hücumçu yalnız bu şərtlə müqaviləsini yeniləməyə razı olacağını bildirib.
PSJ-də Neymar da illik 35 milyon avro maaş alır.
Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin