PSJ onunla da yollarını ayırır
PSJ futbolçusu Erik Çupo-Motinqlə yollarını ayıracaq.
Komanda.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Xəbərdə, PSJ-nin 31 yaşlı futbolçunun müddəti bitən müqaviləsini yeniləməyəcəyi bildirilib.
Erik Çupo-Motinqin sözləşməsi bu ayın sonuna qədərdir. Kamerunlu hücumçu azad agent olacaq. Erik, 2018-ci ilin avqustundan PSJ-də çıxış edirdi.
PSJ-nin müdafiəçisi Tiaqo Silva ilə də yollarını ayıracağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin