PSJ futbolçuları onu aralarında görmək istəmir!

PSJ-nin futbolçuları hazırda icarə əsasında “Yuventus”da forma geyinən Leandro Paradesin Liqa 1 təmsilçisinə qayıtmasını istəmirlər.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, onlar “qoca sinyora” ilə görüşdə paytaxt klubunun oyunçusu Serxio Ramosla yaşanan münaqişədən sonra argentinalı yarımmüdafiəçi ilə eyni paltardəyişmə otağını bölüşmək niyyətində deyillər.

PSJ-nin hücumçusu Kilian Mbappe həmin məsələdə Ramosu dəstəkləyir.

Paradesin Turin təmsilçisi ilə sözləşməsi 2024-cü ilin yayında başa çatacaq. Öncədən 28 yaşlı futbolçunun Paris klubuna qayıdacağı bildirilirdi.

Leandro cari mövsümdə “Yuventus”un heyətində 25 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button