PSJ-də kapitan seçimi

PSJ-nin futbolçuları kapitan seçimi üçün anonim səsvermə keçiriblər.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, futbolçular səsvermə ilə müdafiəçi Markinyosu kapitan seçiblər.

Liqa 1-in 1-ci turunun “Tuluza” ilə matçında PSJ-nin kapitanı Markinyos, 2-ci turunun “Loryan”la qarşılaşmasında isə Danilo Pereyra olub.

Braziliyalı Markinyos 2013-cü ildən Paris klubunda çıxış edir. O, bu müddətdə 407 oyunda 38 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button