PSJ fransalı futbolçunun transferindən imtina edib
PSJ yanvarda “Lion”un yarımmüdafiəçisi Rayan Şerki üçün yarışda iştirak etməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu qış transfer pəncərəsində fransalı futbolçu ilə müqavilə imzalamayacaq. Əsas səbəb tərəflər arasında anlaşmanı çətinləşdirən münasibətlərdir.
Parislilər 21 yaşlı futbolçuya “Liverpul”la birlikdə əsas namizəd kimi göstərilirdi. Şerkinin “Lion”la müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Rayan Şerki cari mövsümdə “Lion”un heyətində keçirdiyi bütün turnirlərdə 18 matçda 5 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin