PSJ Emeri ilə yeni müqavilə bağlayacaq

PSJ yaxın vaxtlarda 18 yaşlı yarımmüdafiəçisi Uorren Zair-Emeri ilə müqavilənin müddətini 2029-cu ilə qədər uzadacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

Futbolçunun müqaviləsi yaxın günlərdə, ən uzağı yaxın həftələrdə uzadılacaq.

PSJ-nin onu idman layihəsinin mərkəzi fiquru etmək niyyətində olduğu vurğulanır.

Zair-Emeri PSJ-nin yetirməsidir. O, bu mövsüm bütün turnirlərdə 30 matçda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button