PSJ ekvadorlu futbolçunun transferini bitirmək üzrədir
PSJ növbəti transferini reallaşdırmağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa nəhəngi tezliklə “Frankfurt”un müdafiəçisi Uilyam Paço ilə müqavilə imzalamalıdır. Bu gün ekvadorlu futbolçu Parisdə tibbi müayinədən keçəcək. PSJ 22 yaşlı futbolçu üçün 40 milyon avro təzminat ödəməlidir.
Paço Belçikanın “Antverpen” klubundan transfer olunduqdan sonra Bundesliqada bir mövsüm keçirib. Ekvadorlu müdafiəçi Almaniya çempionatında son mövsümündə 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin