
PSJ-dən yeni rekord
PSJ Fransa Liqa 1-in 10-cu turu çərçivəsində “Renn”ə 3:0 hesabı ilə qalib gəlib.
Komanda.az xəbər verir ki, Paris klubu bu qələbəylə Fransa çempionatında rekorda imza atıb. Belə ki, komanda ardıcıl 5 oyunda üç və daha çox qol vuraraq qalib gəlib. Bu, Liqa 1 tarixinin ən yaxşı göstəricisidir.
10 turdan sonra 24 xal toplayan PSJ turnir cədvəlinə liderlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin