PSJ-dən imtina etdi, “Yuventus”da qalır

İtaliyanın “Yuventus” klubundakı gələcəyi müzakirə edilən Mario Mancukiç Liqa 1-də çıxış etməyəcək.

Komanda.az “Sky İtalia”ya istinadən xəbər verir ki, 33 yaşlı futbolçu, PSJ-nin transfer təklifindən imtina edib. Hücumçunun yanvar ayına qədər “qoca sinyora”da qalmaq istədiyi bildirilir. Xorvat futbolçu qış fasiləsində “Mançester Yunayted”ə və ya Çin liqasına transfer olunacaq.

Mancukiçin adı “Bavariya”, “Borussiya” (Dortmund) və “Atletiko” kimi klublarla yanaşı çəkilir.

“Yuventus”la 2021-ci ilədək müqaviləsi olan Mancukiç, son mövsümdə iştirak etdiyi 33 oyunda 10 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button