PSJ-də yeni hücumçu
Fransa çempionu PSJ heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Paris təmsilçisi “Reyms”dən Huqo Ekitikeni icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Ekitike “Reyms”in öz yetirməsidir. O, ötən mövsüm Liqa 1-də 24 matçda 10 qol vurub. 20 yaşlı forvard komandasının bombardiri olub. Ekitike 2021-ci ildə “Velye”də icarədə də oynayıb.
Yeri gəlmişkən, “Reyms” müdafiəçisi Dario Mareşiçi də Xorvatiyanın “İstra 1961” klubuna icarəyə verib. Avstriyadan olan 22 yaşlı futbolçu da qarşıdakı mövsümün sonunadək Xorvatiya klubunda oynayacaq. “Şturm Qrats”ın yetirməsi olan futbolçu 2019-cu ildən “Reyms”də forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin