PSJ-nin əsas qapıçısı komanda ilə məşqlərə başlayıb
PSJ-nin qapıçısı Canluici Donnarumma ümumi qrupla məşqlərə başlayıb.
Komanda.az xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb.
25 yaşlı italiyalı futbolçu zədə səbəbindən son iki matçı buraxıb.
Donnarumma cari mövsümdə Fransa çempionatının 4 oyununda iştirak edib, 3 qol buraxıb və 1 oyunda qapısını toxunulmaz saxlaya bilib.
PSJ sentyabrın 27-də Liqa 1-in 6-cı turunda “Renn”i qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin