PSJ-də növbəti itki: ÇL matçında olacaq?
PSJ klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Paris təmsilçisinin hücumçusu Edinson Kavani zədələnib. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Xəbərdə, PSJ-nin Liqa 1-in son turunda “Bordo”nu məğlub etdiyi matçda (1:0) uruqvaylı forvardın zədələndiyi bildirilib.
Kavaninin Çempionlar Liqasında “Mançester Yunayted”lə matçda iştirakı sual altındadır.
PSJ-də Kavaniylə yanaşı, Neymar və Marko Verrattinin də ÇL-də “Mançester Yunayted”ə qarşı oyunda iştirakı şübhəlidir.
“Mançester Yunayted” – PSJ matçı fevralın 12-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin