PSJ hücumçusunu itirdi – 3 ay olmayacaq
PSJ hücumçusunu itirib. Belə ki, Qonçalo Ramos mövsümün ilk oyununda zədələnib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu əməliyyat olunub və 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Amma yay transfer pəncərəsi bağlanana qədər parislilərin hələ vaxtı var. Ramosun zədələnməsindən sonra “Napoli”nin futbolçusu Viktor Osimhen haqqında söz-söhbətlər yenidən alovlanıb. Bununla belə, PSJ-dən Osimhen üçün böyük təklif olmayacaq. Onlar yay transfer bazarında daha sərfəli həll yollarına diqqət yetirirlər.
PSJ Liqa 1-in ilk turunda səfərdə “Havr”a 4:1 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin