
Sabiq futbolçudan Donnarummanı müdafiə edən açıqlama
Fransa millisinin keçmiş hücumçusu Kristof Düqarri PSJ-nin qapıçısı Canluici Donnarummanın müdafiəsinə qalxıb.
Komanda.az RMC-yə istinadən xəbər verir ki, o, Paris klubunu tənqid edib:
“Mən Luka Şevalyenin ondan güclü olduğunu düşünmürəm. Donnarumma PSJ-nin 2025-ci ildəki uğurunda mühüm rol oynadı və bu klubu sevdiyini sübut etdi. Mən şoka düşdüm. Klubda insanlıq olanda xoşuma gəlir, amma PSJ-də Donnarumma üçün bu ümumiyyətlə yoxdur. Ümumiyyətlə, bu vəziyyət futbolun indi nəyə çevrildiyini göstərir”.
Donnarummanın PSJ-ni tərk edəcəyi dəqiqləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



