DÇ-2022: 2 aylığa sıradan çıxıb
Portuqaliya millisinin və PSJ-nin müdafiəçisi Nuno Mendes zədə səbəbindən iki ay yaşıl meydanlardan kənarda qalacaq.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı portuqaliyalı futbolçu DÇ-2022-nin qrup mərhələsinin ikinci turunun Uruqvay yığması ilə matçında (2:0) zədələnib.
H qrupunun lideri Portuqaliya artıq pley-off mərhələsinə vəsiqəni təmin edib. Onların ən yaxşın izləyicisi Qana millisidir (3 xal). Cənubi Koreya (1 xal) və Uruqvay (1 xal) müvafiq olaraq üçüncü və dördüncü pillələrdə qərarlaşıb.
Portuqaliya millisi DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunda Cənubi Koreya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin