PSJ-də ciddi itki
Fransanın PSJ klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, parislilərin qapıçısı Keylor Navas UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Atalanta” ilə oyunda (2:1) sıradan çıxıb. Oyunun 79-cu dəqiqəsində zədələnən futbolçu, matçı davam etdirə bilməyib və qarşılaşmanı erkən tərk etməli olub.
Klub tibbi müayinədən keçirilən futbolçunun vəziyyəti ilə bağlı məlumat yayıb. Onun sağ ayaq əzələsində yırtıq olduğu aşkarlanıb. 33 yaşlı qapıçının turnirin yarımfinal mərhələsində keçiriləcək “Leyptsiq”lə oyunda iştirakı sual altındadır.
Navasın sabah yenidən tibbi müayinədən keçiriləcəyi və vəziyyətinin dəqiqləşəcəyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin