Donnarummaya 8 milyon avro maaşla müqavilə təklif edilib

PSJ qapıçısı Canluici Donnarumma ilə müqaviləni uzatmaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi 26 yaşlı qolkiperə yeni müqavilə təklif edib.

PSJ Liqa 1-in və UEFA Çempionlar Liqasının son qalibi olaraq Donnarumma ilə 2029-cu ilin yayına qədər əməkdaşlığı davam etdirmək istəyir. Yeni müqaviləyə əsasən, italiyalı futbolçunun illik maaşı 8 milyon avro təşkil edəcək.

O, 2021-ci ilin yayından etibarən PSJ-də çıxış edir. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button