
PSJ Donnarummaya əvəzləyici tapıb
“Lill”in qapıçısı Luka Şevalye PSJ-nin qolkiperi Canluici Donnarummanı əvəzləyə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubu futbolçu ilə müqavilənin şərtlərini artıq razılaşdırıb. Bundan başqa, “Lill” qolkiperin satışından ən azı 40 milyon avro qazanmaq niyyətindədir və klublar arasında danışıqlar davam edir.
Parislilərin yeni qapıçı almaq qərarına Canluici Donnarumma ilə bağlı vəziyyət təsir edib. İtaliyalı futbolçunun hazırkı müqaviləsi bir ildən sonra başa çatır və tərəflər hələ də gələcək əməkdaşlığın şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin