PSJ Donnarummaya əvəzləyici tapıb
“Valensiya”nın qapıçısı Giorgi Mamardaşvili növbəti mövsümdə klubunu dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ gürcü qolkiperin transferində maraqlıdır. Fransa klubunun baş məşqçisi Luis Enrike komandanın qapıçısı Canluici Donnarummanın oyunundan narazıdır və ona əvəzləyici axtarmağa başlayıb. Namizədlər arasında Mamardaşvili də var.
23 yaşlı futbolçunun “Valensiya” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi hesablanıb. O, bu mövsüm La Liqada 32 oyun keçirib və 34 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin