Donnarumma ilə bağlı qərar verilib

PSJ qapıçısı Canluici Donnarumma ilə yeni müqavilə üzrə razılığa gələ bilmədiyi üçün onu satmaq qərarına gəlib.

Komanda.az xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb.

İtaliyalı qolkiper üçün əsas namizədlər “Real”, “Mançester Siti” və “Mançester Yunayted” klublarıdır. PSJ isə onunla 40 milyon avrodan aşağı qiymətə vidalaşmaq istəmir.

25 yaşlı futbolçunun Paris təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədərdir. O, 2024/25 mövsümündə PSJ-nin heyətində UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button