PSJ darmadağınla finalda!

FİFA Klublararası dünya çempionatının ikinci finalçısının adına aydınlıq gətirilib.

Komanda.az xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatındakı yerləşən “MetLife” arenasında Fransa çempionu PSJ İspaniya nəhəngi “Real”la üz-üzə gəlib.

Görüş fransızların 4:0 hesablı darmadağını ilə başa çatıb. Paris təmsilçisinin qollarını dubla imza atan Fabian Ruis, eləcə də Osman Dembele və Qonçalo Ramos vurub.

Beləliklə, finalda PSJ ilə “Çelsi” üz-üzə gələcək. Final görüşü iyulun 13-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button