Verrattiyə yeni təklif

Fransanın PSJ klubu yarımmüdafiəçisi ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Marko Verratti Paris klubu ilə müqavilənin müddətini uzatmağa yaxındır. 26 yaşlı futbolçunun meneceri Mino Rayolanın PSJ-nin idman direktoru Leonardo ilə danışıqlara başladığı bildirilir. Yeni – 2024-cü ilədək nəzərdə tutulan müqaviləyə görə, Verrattinin məvacibi illik 11 milyon avroya qədər artacaq.

2012-ci ildən PSJ-nin şərəfini qoruyan futbolçunun hazırkı müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button