PSJ-dən Türkiyə klubuna
“Fənərbaxça” Slovakiya millisinin və Fransa təmsilçisi PSJ-nin futbolçusu Milan Skrinyarı heyətinə qatıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Super Liqa təmsilçisi 29 yaşlı müdafiəçi ilə icarə ərasında cari mövsümün sonuna qədər anlaşıb.
Skrinyar 2023-cü ilin yayında “İnter”lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə PSJ-yə keçib. Slovakiya millisinin üzvü olan 29 yaşlı futbolçu bu mövsüm Paris təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin