PSJ-dən Neymara güzəşt: 300 milyon avrodan…

Fransanın PSJ klubu futbolçusu Neymarla bağlı yeni qərar verib.

Komanda.az “Diario Sport”a istinadən xəbər verir ki, Paris təmsilçisi, klubdan ayrılmaq istəyən braziliyalı futbolçunun təzminat qiymətini 180 milyon avroya endirib. PSJ futbolçu üçün əvvəlcə 300 milyon avro tələb etsə də, Neymarın satılmasının kluba daha çox fayda verəcəyinə və bu satışdan sonra iki yeni futbolçu almaq imkanı qazandıracağına görə təzminat məbləğini 180 milyon avroya qədər salıb.

Bundan başqa, klub tələb olunan məbləğin bütöv ödənilməsi halında təklifləri düşünə bilər. Neymarın əvəzinə hansısa futbolçunun təklif edilməsi isə PSJ-nin maraqlarına daxil deyil.

Neymarın yenidən “Barselona”da çıxış etmək istədiyi, Kataloniya klubunun da futbolçunu geri qaytarmaqda maraqlı olduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button