PSJ-dən Neymara jest

PSJ sabiq futbolçusu Neymarı unutmayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi braziliyalı oyunçuya və onun övladlarına 2025/26 mövsümünə aid yeni formalardan ibarət hədiyyə göndərib.

Formalarda Neymarın Paris dövrü ilə assosiasiya olunan “10” nömrə yer alıb.

2017-2023-cü illərdə PSJ-nin şərəfini qoruyan Neymar formanın fotosunu sosial şəbəkədə paylaşıb. Şəkildə biri öz adına, digərləri isə övladları – oğlu Davi Lukka, qızları Mavi, Elena və iyulda dünyaya gələn Mel üçün nəzərdə tutulmuş formalar əks olunub.

Neymar paylaşımına “Təşəkkürlər, PSJ” sözlərini əlavə edərək, kluba bu jestə görə minnətdarlığını bildirib.

Neymar PSJ-nin heyətində keçirdiyi 173 oyunda 118 qol vurub. Hazırda komandanın “10” nömrəli formasını fransalı futbolçu Osman Dembele geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button