PSJ rəsmisindən Mbappenin gələcəyi ilə bağlı açıqlama
Fransanın PSJ klubunun idman direktoru Leonardo komandanın hücumçusu Kilian Mbappe ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, Fransa mətbuatına danışan klub rəsmisi, Mbappenin gələcəyi ilə bağlı bunları deyib:
“Mbappe ilə rəsmi danışıqlar aparmaq istəyirik. Məncə, o da bunu istəyir. Onun gələcəyi ilə bağlı daha dəqiq fikir sahibi olmağın vaxtıdır. Onunla müəyyən danışıqlarımız olub. İşlər yaxşı irəliləyir. 10-15 gün əvvələ nisbətən irəli doğru addımlar atmışıq. Bu yolda davam edəcəyik”.
Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin