PSJ-dən “Mançester Yunayted”liyə təklif: 4 illik müqavilə+25 milyon

PSJ “Mançester Yunayted”in qapıçısı David De Xeanı transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi ispan qapıçını bu yay heyətinə qatmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Məlumatda, PSJ-nin 28 yaşlı futbolçu üçün “Mançester Yunayted”ə 75 milyon avro təklif edəcəyi bildirilib. Fransa təmsilçisi De Xeaya isə 4 illik müqavilə təklif edəcək. Qolkiper PSJ-ə keçəcəyi təqdirdə, illik 25 milyon avro qazanacaq.

“Mançester Yunayted”lə 2020-ci ilin yayına kimi müqaviləsi olan De Xea, bu mövsüm 44 qarşılaşmada 59 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button