PSJ-dən Di Mariya ilə yeni müqavilə

Fransa çempionu PSJ yarımmüdafiəçisi Anxel Di Mariya ilə müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər müddəti 2022-ci ilin iyununa qədər olan yeni müqaviləyə imza atıblar. Argentinalı futbolçunun əvvəlki müqaviləsinin müddəti bu ilin yayında bitəcəkdi.

Qeyd edək ki, Anxel Di Mariya 2015-ci ilin iyulundan PSJ-nin formasını geyinir. O, daha öncə Portuqaliyanın “Benfika”, İspaniyanın “Real”, İngiltərənin “Mançester Yunayted” və Argentinanın “Rosario Sentral” klublarının da uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button