PSJ-dən azarkeşlərə müraciət

Fransanın PSJ klubu azarkeşlərinə müraciət edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt təmsilçisi fanatlarına ünvanladığı elektron-məktubda aşağıdakı sözləri qeyd edib:

“Yaşadığımız çətin anlarda göstərdiyiniz səyləri bilirik. Almaniyada inanılmaz dəstək göstərdiyiniz üçün minnətdarıq! PSJ ailəsi çətinliklərin öhdəsindən gəlməyi, dirçəlməyi və bütün çətinliklərə baxmayaraq, birliyini qorumağı yaxşı bacarır.

Biz birlikdə olan zaman güclüyük. Diqqətimizi gələcəyə yönəltməliyik ki, çempionluq yaşayaq. 11-ci dəfə Fransa çempionu olmağımız hazırda əsas məqsədimizdir. Bu, rekord göstərici olacaq”.

Xatırladaq ki, PSJ UEFA Çempionlar Liqasının 1/8 finalında iki oyunun nəticəsinə əsasən, “Bayern”ə uduzub (0:3) və turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button