PSJ-dən 42 yaşlı futbolçu ilə yeni müqavilə
Fransanın PSJ klubu qadınlardan ibarət komandanın üzvü Formiqa ilə yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
42 yaşlı braziliyalı futbolçu ilə yeni müqavilənin müddəti 2021-ci ilin 30 iyununa qədərdi.
Tam adı Miraildes Maciel Mota olan futbolçu 2017-ci ildən PSJ-də çıxış edir. O, bu komandada indiyə qədər 77 oyuna çıxıb.
Formiqa gələn il karyerasının 27-ci mövsümünü keçirəcək. Bu müddət ərzində Braziliya yığmasında 198 oyuna çıxan futbolçu, yeddi dünya çempionatının iştirakçısı olub. O, bu göstəricidə rekordçudu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin