PSJ-dən 32 yaşlı futbolçuya yeni müqavilə

PSJ son zamanlar adı “Atletiko” ilə yanaşı çəkilən Edinson Kavani ilə bağlı qərarını verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi, uruqvaylı hücumçu ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlara başlayıb. Kavaninin PSJ-də xoşbəxt olduğu və tezliklə yeni müqavilə imzalayacağı bildirilir.

2013-cü ildə “Napoli”dən transfer olunan 32 yaşlı futbolçunun PSJ ilə hazırkı müqaviləsi 2020-ci ilin iyununadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button