PSJ-dən 115 milyon avroluq təklif

PSJ bu qış “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeşi transfer etmək istəyi.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Paris təmsilçisi 26 yaşlı futbolçu üçün 115 milyon avro təklif edib. 

PSJ-nin baş məşqçisi Luis Enrike bu transferdə şəxsən maraqlanır. Ona görə də, PSJ Gimarayeşi heyətinə qatmaq üçün əlindən gələni edir. “Nyukasl” isə futbolçusu ilə yollarını ayrımaq istəmir.

“Nyukasl” ötən ilin oktyabr ayında Bruno ilə 2028-ci ilədək müqavilə imzalayıb. O, bu mövsüm 28 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button